“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib.
38 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış etmiş hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib.
O, əsas yığmada bir oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.
Sənan Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib.
2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada üç matça çıxarıb. Bu oyunlarda “Qəbələ” bir qələbə qazanıb, iki heç-heçə edib.
S.T.
www.ÇıxışYolu.Com