“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyülüblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz”
– “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Gəncədə keçirilən qarşılaşmanın final
fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.
İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması
olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında
gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və
məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G
ciddi xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə
bağlı araşdırma aparılır.
Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə
yekunlaşıb.