1b08d05d-a669-41b2-ba79-5412eb78900d..jpg

Qəbrində tapılmayan Şaumyanın Leninə gizli məktubu – VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

Qəbrində tapılmayan Şaumyanın Leninə gizli məktubu – VİDEO

XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı
Stepan Şaumyanın adı ilə bağlıdır.

Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan, əslində, Türkiyə və
Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasına çalışan erməni
millətçiliyinin maraqlarını ifadə edirdi.

1899-cu ildə Şaumyan Qərbi Azərbaycanın Cəlaloğlu kəndində marksist dərnəyi
təşkil etdi. Qarşıdakı illərdə o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının
bolşevik qanadına qoşuldu.

Bakını və ətraf rayonları zəbt edən S.Şaumyanın başçılıq etdiyi siyasi qüvvə
öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola
bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin
qurbanlarına çevrildilər.

S.Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi
onminlərlə azərbaycanlının soyqırımı oldu. Bu günahsız insanların həyatları
“böyük Ermənistan” ideologiyasının gerçəkləşməsi naminə qurban verildi.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:


Source link