Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkəsində keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyini irəli sürüb.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun şəxsi nümayəndəsi Ayman Buras Tunisdə açıqlama verib.
“Seyf əl-İslam Qəddafi qarşıdakı prezident seçkiləri üçün namizədliyini irəli sürməklə hakimiyyətə can atmır, ölkəni xilas etməyə çalışır” deyə Buras mətbuat konfransında bildirib.
Liviyada prezident seçkilərinin 2018-ci ilin ikinci yarısında keçiriləcəyi gözlənilir.