ABŞ-ın Smitson institunun Milli təbiət tarixi muzeyinin antropoloqları qədim insanlarla bağlı maraqlı tapıntı ilə üzləşib. Şərqi Afrikada yaşamış həmin insanların rəngli piqmentlər və mürəkkəb alətlərdən istifadə etdiyi ortaya çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Phys.org”da dərc olunan pres-relizdə qeyd olunur.
Erkən paleolit dövrü üçün xarakterik olmayan artefaktlar Keniyanın cənubunda Olorqesayli bölgəsində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb.
Həmin bölgədə ilk insanın 1,2 milyon il əvvəl yaşadığı deyilir. Arxaik insanlar daşdan olan əmək alətindən həm balta, həm bıçaq həm də külüng kimi istifadə edib.
Ancaq 305-320 min il əvvələ aid olan yeni tapıntılar daha peşəkarcasına hazırlanmış alətlərdən ibarət olub.
Bəzi əmək alətləri, mənbəyi tapıntı yerindən 24-88 kilometr aralıda yerləşən obsidiyandan hazırlanııb.Bu qədim dövrlərdə Afrikada müxtəlif insan qrupları arasında ticarətin getdiyini göstərir.
Qazıntı yerində eyni zamanda boyaq qismində istifadə olunan marqanz və oxra kristalları aşkarlanıb.