94db1a24-f084-4845-a55a-6fc240b3de46..jpg

Qəfil halı pisləşən Əməkdar artist: “Sinəmi açıb, yenidən tikəcəklər” – AÇIQLAMA

Baxış sayı: 629 dəfə baxılıb.

Qəfil halı pisləşən Əməkdar artist: “Sinəmi açıb, yenidən tikəcəklər” –
AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəfil halı pisləşən Əməkdar artist, teatr və kino aktyoru, rejissor Sərvər
Əliyevin açıq ürək əməliyyat olunacağı dəqiqləşib.

Bu barədə Cixisyolu.com-a sənətçinin özü məlumat verib.

Əməkdar artist bu həftə əməliyyat olunacağını güman edir:

“Ötən gün koronar angioqrafiya ilə ürəyimi yoxladılar. Qərara gəlindi ki, açıq
ürək əməliyyat olunmalıyam. Hazırda professorun qəbulundayam. Vaxtı təyin
edəcəyik. Əsas əməliyyat olunacağım dəqiqləşdi. Bir vaxtı təyin etmək qalıb.
Çox güman ki, bu həftə əməliyyat olunacağam”.

S.Əliyev iki gün xəstəxanada olduğunu qeyd edib:

“İki gündür ki, xəstəxanadayam. Son iki gündə yanma hissi oldu. Həkimə
müraciət etdim. Dedilər ki, müalicəlik deyil. Əməliyyat olunmalıyam. Lakin onu
da dəqiqləşdirmək lazım idi. Sadəcə, sinəmi açıb, yenidən tikəcəklər. Ümid
edirəm ki, yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm”.

Xatırladaq ki, bir neçə gün öncə Əməkdar artist Sərvər Əliyev özünü pis hiss
edib. Xəstəxanaya müraciət edib.

Nəzrin Vahid

Source link