deabffa1-1cce-4e72-989e-eefa7d9a1094..jpg

Qəhvənin qiyməti 15 illik rekordu qırıb

Baxış sayı: 419 dəfə baxılıb.

Qəhvənin qiyməti 15 illik rekordu qırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəhvənin “Robusta” sortundan məhsulun birja qiyməti bir ton üçün 3 847 dollar
olmaqla tarixi rekorda çatıb.

Qiymətlərin qalxması bu növ qəhvənin ən böyük tədarükçülərindən biri olan
Vyetnamda anomal istilərlə bağlıdır. Ölkədə hava şəraitinə görə qəhvə
ağaclarını suvarmaq üçün kifayət qədər su ehtiyatı olmadığına görə məhsul
qıtlığı yarana bilər. Bu da müvafiq olaraq bazara təsir göstərir.

Qeyd edək ki, 2008-ci ildən bəri ilk dəfə qəhvənin qiyməti 4,8 faiz artaraq
bir ton üçün 3,8 min dollar olub. İlin əvvəlindən bir ton qəhvənin maya dəyəri
24 faiz artıb.

Mənbə: Bloomberg

Source link