60dd87a7-91b2-48b6-8713-d26e45365896..jpg

Qələbə Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbirdən FOTOREPORTAJ

Baxış sayı: 586 dəfə baxılıb.

Qələbə Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbirdən FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV)
və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə Muzey
Mərkəzində 8 Noyabr – Qələbə Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı
tədbir keçirilib.

Tədbirdə Birinci Qarabağ savaşında və 44 günlük Vətən Müharibəsində iştirak
etmiş rəssam qazilərin döyüş təəssüratlarından ibarət “Kətan, Vətən” adlı
sənədli filmin nümayişi olub.

“Azərbaycantelefilm” studiyasının istehsalı olan və dörd rəssamın müştərək
işini əks etdirən filmdə Birinci Qarabağ müharibəsində döyüşmüş Tərlan Eyvazov
və İntiqam Ağayevin, həmçinin 2020-ci il Vətən Müharibəsində döyüşmüş Cavidan
Rəhmətov və Fərid Əhmədovun müharibəyə insani və yarıdıcı yanaşmaları öz əksini
tapıb.

PhotoStock.az-ın sözügedən tədbirdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Source link