0a1664d9-815b-4a97-81d7-edbd28ee7fa1.jpg

“Qələbə qaçışı”nın qalibi: “Uzunmüddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım”

Baxış sayı: 143 dəfə baxılıb.

“11 ildən çoxdur ki, uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram. Dəfələrlə
ölkə çempionatlarının qalibi olmuşam. İndi də qalib gələ bildim”.

Cixisyolu.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qələbə qaçışı”nın
qalibi, “Vikinq” klubunun uzun məsafə üzrə qaçış idmançısı Elmar Abışov deyib.

10 km-lik məsafədə bütün rəqiblərini qabaqlayan atlet bildirib ki, qələbəsini
şəhid və qazilərimizə həsr edir: “Uzunmüddətli zədədən sonra sağalıb yenidən
yarışlara qatıldım. Rəqiblərim də güclü idi. Qələbə mənim üçün çox böyük
əhəmiyyət kəsb edir. Bu qələbəyə görə, məşqçimə, dostlarıma, mənə inanan hər
kəsə təşəkkür edirəm”.

Anar Həsənov

Source link