Qələbəyə 7 kilometr qaldı

Qələbəyə 7 kilometr qaldı

Baxış sayı: 10. 089 dəfə baxılıb.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.  

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 48 gündür davam edir. 

www.ÇıxışYolu.Com