Qənirə Paşayeva: Özünüzü bu qədər gülünc yerinə qoymayın!

Qənirə Paşayeva: Özünüzü bu qədər gülünc yerinə qoymayın!

Baxış sayı: 2. 471 dəfə baxılıb.

Millət vəkili Qənirə Paşayeva bəzi qruplar tərəfindən ona qarşı sosial şəbəkələrdə başladılan kampaniyaya sərt reasksiya verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, millət vəkili Avropa Şurasındakı fəaliyyətini, xüsusilə, Xocalı soyqırımı və Qarabağ məsələsi ilə bağlı Türkiyədə apardığı işi hədəfə çevirənləri kəskin şəkildə qınayıb.

“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi “mənbə”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdi.

Nə deyim… Allah sizə ağıl versin!

O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz.

Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası başlayır.

Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti.

Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz.

Mən Türk qızıyam!

Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. 

Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı.

Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının “sizinlə foto çəkdirəcəm”, – deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə, sadəcə, bunu söyləmək istəyirəm.

Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də…

Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da…

Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də…

Özünüzü bu qədər gülünc yerinə qoymayın!”, – deyə o, əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com