0e54abf3-69b3-45cc-a7cf-41d81d7ab883..jpg

Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar yaradıb – VİDEO

Baxış sayı: 352 dəfə baxılıb.

Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar yaradıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

“Report”un məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində
güclü külək əsməyə başlayıb.

Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə
yaranıb.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb. Qısapanma səbəbindən
transformatorlardan birində yanğın da olub. Əraziyə Fövqəladə Hallar
Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda küləkli hava şəraiti davam edir.

Source link