1c4e8a5b-aefd-4cce-a946-1c0b4d847e2a..jpg

Qərb bölgəsində güclü qar bəzi yollarda çətinliklər yaradıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 441 dəfə baxılıb.

Qərb bölgəsində güclü qar bəzi yollarda çətinliklər yaradıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər
yaranıb.

“Report”un məlumatına görə, axşam saatlarında qarın yağması daha da güclənib.
Bu səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun
bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.

Bu hal Şəmkir-Gədəbəy yolunun “Yasamal aşırımı” adlanan hissəsində,
Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər
avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə
olunur.

Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən sürücülərə qarlı hava
şəraiti səbəbindən yollarda avtomobillərin sürüşməsi, həmçinin digər yarana
biləcək məsələlər nəzərə alınaraq idarə etdikləri nəqliyyat vasitələrinlə
qəzasız mənzil başlarına çatması üçün ehtiyatlı olmaları, məcbur olmadıqda isə
avtomobillə hərəkət etməmələri tövsiyə edilir.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklərin aradan qaldırılması
istiqamətində aidiyyəti idarə əməkdaşları tərəfindən işlər aparılır.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda qarlı hava şəraiti
davam edir.

00:15

Cəlilabad rayonunda qarlı hava şəraiti nəqliyyatın hərəkətində qismən
problemlər yaradıb.

“Report”un məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar
nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri
olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın
hərəkəti çətinləşib.

Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir.

Source link