fc791cbe-bac3-4de2-be20-c244b9d19cc8..jpg

Qərb öz ambisiyaları üçün planeti qurban verir: yeni dünya müharibəsi qapıdadır – ŞƏRH + FOTO

Baxış sayı: 550 dəfə baxılıb.

Qərb öz ambisiyaları üçün planeti qurban verir: yeni dünya müharibəsi
qapıdadır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada silahlı qarşıdurmaların sayı hər ötən gün artır, dondurulmuş
münaqişələr yenidən alovlanır. Şərqi Avropadan sonra artıq Yaxın Şərqdə də
müharibə başlayıb. İsraillə HƏMAS arasında oktyabrın 7-dən davam edən
döyüşlərin nə vaxt başa çatacağını heç kim bilmir. Amma görünən odur ki,
müharibə yaxın vaxtda başa çatmayacaq. Əksinə, savaşın miqyasının genişlənəcəyi
gözlənilir.

Üstəgəl, Hindistanla Pakistan arasında Kəşmir uğrunda yeni müharibənin
başlaması da proqnozlaşdırılır.

Müşahidələr və təhlillər göstərir ki, bütün bunlarda – dünyadakı xaosda
maraqlı olan “gizli əllər” var. Bu, sözsüz ki, Qərbdir. Ayrı-ayrı Qərb ölkələri
müxtəlif regionlarda toqquşma yaradaraq həmin bölgələrdə öz mövqelərini
gücləndirməyə çalışırlar. Biz bunu artıq Şərqi Avropada aydın görürük. İndi də
ABŞ və müttəfiqləri Şərqi Avropadakı ssenarini Yaxın Şərqdə təkrarlayır.

Maraqlıdır ki, HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri Vaşinqton
bir dəfə də olsun tərəflərə çağırış etməyib, sülhlə bağlı fikir səsləndirməyib.
Əksinə, Ağ ev bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, münaqişəni
nizamlamaq əvəzinə daha da qızışdırır. Əslində heç Fransa da ABŞ-dən geri
qalmır. Rəsmi Paris klassik səlibçi konsepsiyasından çıxış edir, problemə
səlibçi təfəkkürü ilə yanaşır.

Əlbəttə, Qərb ölkələri bunları şüurlu və məqsədli şəkildə edir. Hədəf növbəti
dünya müharibəsi nəticəsində dünyanın və Avropanın xəritəsini dəyişməkdir.

Artıq siyasi gündəmin əsas mövzularından biri də məhz Üçüncü Dünya müharibəsi
ilə bağlıdır. Təsadüfi deyil ki, ayrı-ayrı siyasətçilər artıq bu barədə fikir
səsləndiriblər. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş
dünən, oktyabrın 30-da bu barədə xəbərdarlıq edib. O söyləyib ki, Üçüncü Dünya
müharibəsi yaxınlaşır. Həmçinin Almaniyanın müdafiə naziri Boris Pistorius da
bildirib ki, Avropa belə bir təhlükəyə hazır olmalıdır. Göründüyü kimi,
bəşəriyyəti ağuşuna alacaq yeni savaş təhlükəsi günü-gündən aktuallaşır və
Qərbin münaqişəni qızışdırması bu təhlükəni daha da real edir.

Əslində indi Üçüncü Dünya müharibəsindən bu qədər çox danışılması heç də
təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, müxtəlif bölgələrdə vəziyyət heç də
yaxşı deyil. Ayrı-ayrı regionlarda birbaşa döyüşən iki tərəf olsa da,
“dirijorlar” öz işlərini görməyə davam edirlər. Həm Şərqi Avropada, həm də
Yaxın Şərqdə proseslərin inkişafında maraqlı olan əsas siyasi aktorlar məhz
Vaşinqton və Parisdir. Savaşlar yaxın zamanda başa çatmazsa, bu, daha böyük
güclərin, həmçinin müharibə iştirakçılarının müttəfiqlərinin açıq şəkildə
döyüşlərə qoşulmasını qaçılmaz edəcək. Çünki söhbət təkcə hərbi yox, həm də
siyasi və ideoloji maraqlardan gedir.

Diqqət edək, ABŞ indi Ukraynadakı müharibədə daha fəal iştirak edir və
dəstəyini gizlətmir. Hərçənd savaşın ilk vaxtlarında daha ehtiyatlı davranırdı.
Çox güman, biz Qərbin Yaxın Şərqdəki savaşdakı rolunu gələcəkdə daha çox
görəcəyik.

Bir çox ekspertin də düşündüyü kimi, hazırda dünyada proksi müharibə gedir:
böyük güclər təsir altında olan aktorlardan istifadə edərək öz maraqlarını
təmin edir, özləri isə hələlik kənarda qalmağa çalışırlar. Amma bu proksi
müharibənin Üçüncü Dünya savaşına çevrilməsi artıq an məsələsidir. Və bunun
səbəbkarı məhz Qərb, daha dəqiq desək, Qərbin çirkin oyunları, ambisiyaları
olacaq.

“Report” İnformasiya Agentliyi

Source link