Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağıb
ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Yağan dolu meyvə ağaclarına və təsərrüfata ziyan vurub. Dağ çaylarında suyun səviyyəsi qalxıb.
Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur.
Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir.