Qərbi Azərbaycan əyalətində dövlət işçiləri həbs olundular – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində korrupsiyada ittiham olunan 9
bələdiyyə işçisi həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, əyalətin Baş Ədliyyə İdarəsinin rəisi Nasir Ütəbati bildirib
ki, korrupsiya ittihamı ilə 21 şəxsin həbsi barədə məhkəmə qərarı çıxarılıb.
Onlardan 9 nəfəri həbsxanaya göndərilib.
Qeyd olunub ki, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına əsasən, İran ən
çox korrupsiyalaşmış ölkələr sırasındadır.