63e0752b-98f2-4785-a39b-bed440cabf50..jpg

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-ni insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə çağırıb

Baxış sayı: 448 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-ni insan hüquqları məsələsində
ayrı-seçkiliyə yol verməməyə çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa
İttifaqının (Aİ) 2023-cü il 20 oktyabrda keçirdikləri zirvə görüşünün Birgə
Bəyanatında Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə yol verilmiş
ayrı-seçkilikdən dərindən təəssüflənir”.

Bu barədə İcmanın yaydığı məlumatda bildirilib.

“Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin “hüquq və
təhlükəsizliyi”, o cümlədən, onların geri qayıtmasına dəstək ifadə edilsə də,
Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin ifadə edilməməsi
etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl
törətmək məqsədi daşıyır. Keçmiş münaqişənin təsirinə məruz qalmış insanların
əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinin
hallandırılması, həmin bölgədə olmuş separatizmi yenidən dirçəltmək məqsədi
daşıyır.

Bəyanatda suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün
qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülhün
təşviq olunmasına ifadə olunan dəstəyi ilk baxışda müsbət hesab etmək olar.
Lakin, Azərbaycan ərazilərinin 30 il işğal altında saxlandığı dövrdə niyə bu
cür birmənalı dəstək ifadə edilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq
sual doğurur.

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistan və Azərbaycan arasında
münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini
xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll
edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv
etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və
Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və
ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırır”, – deyə məlumatda qeyd
olunub.

Source link