Qərbi Azərbaycan İcması Avropa İttifaqının Azərbaycanla bağlı açıqlamasını
qınayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qərbi Azərbaycan İcması Avropa İttifaqının (Aİ) Azərbaycanla bağlı 2023-cü il
21 dekabr tarixli açıqlamasını qınayır”.
Bu barədə İcmanın bəyanatında bildirilib.
Qeyd edilib ki, yüzminlərlə azərbaycanlının Ermənistandan deportasiya
olunmasına göz yuman, Qərbi Azərbaycan İcmasının müxtəlif müraciətlərini
qulaqardına vuran Aİ-nin Azərbaycanda bir neçə fərdlə bağlı “narahatlığı”nı
ifadə etməsi qərəzin, ikili standartların təzahürüdür.
“İnsan hüquqları ilə manipulyasiya, onun siyasiləşdirilməsi Aİ-nin təfəkkür
tərzinə çevrilib. Nədənsə, Jozep Borrel kimi təkəbbürlü rəsmilərə, Avropa
Parlamentində əyləşən səlibçi mentalitetli deputatlara elə gəlir ki, dünya
sanki Brüsselin, Aİ-nin ətrafında fırlanır.
Aİ Azərbaycanın daxili işlərinə yersiz müdaxilədən əl çəkməli, Fransadan,
Niderlanddan tutmuş Litvaya qədər Aİ məkanında islamofobiya, etnik azlıqların
sıxışdırılması və digər fundamental problemlərlə məşğul olmalı, Ermənistanda
hərbi baza qurmaqdansa, ondan Qərbi azərbaycanlıların qayıdışına imkan verməyi
tələb etməlidir”, – bəyanatda vurğulanıb.