b12902c4-0cf0-4719-ba89-dcb2c6b32747..jpg

Qərbi Azərbaycan İcması Avropa Parlamentinə səsləndi: “300 min azərbaycanlının…”

Baxış sayı: 632 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması Avropa Parlamentinə səsləndi: “300 min
azərbaycanlının…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin
qorunması bəhanəsi ilə Azərbaycana şər atmış və onun daxili işlərinə qarışmağa
cəhd etmişdir. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva
edən “ümumdünya mədəni irsi” universal ifadələrdən deyil, dini xətlər üzrə
ayırıcı ifadələrdən istifadə etmiş və müstəsna olaraq, erməni irsindən
danışmışdır.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi
Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və
kütləvi şəkildə dağıtmışdır. Ermənistan ərazisində 300 məscid, yüzlərlə
məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinmişdir. Ermənistan
oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədi ilə UNESCO
missiyasının səfərinə imkan vermir.

Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini
əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin
həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının
dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən
əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına
qayıtmasına dəstək verməlidir.

Source link