ef86d41b-f691-400c-a7c5-330b654e48c8..jpg

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Baxış sayı: 504 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti
anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə
qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyir.

Bu barədə İcmanın bəyanatında deyilir.

“Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın
azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına
imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq
hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin
suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından
çıxış edir.

Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər,
ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları
haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada
Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.

Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı
vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd
edirik”, – İcmanın bəyanatında bildirilir.

Source link