Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı bəyanat yaydı

Baxış sayı: 387 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı
bəyanat yaydı

Qərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş
naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi bir faiz səs
toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı
bir nəfərdən ibarət “möhtəşəm” aksiya təşkil etmiş, daha sonra Xarici İşlər
Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı
xarakter alan və son vaxtlar “aclıq”, “etnik təmizləmə”, “soyqırımı” kimi
ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb.

İcmadan verilən məlumata görə, 30 il ərzində işğal, etnik təmizləmə, yüz
minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz
erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən
müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur.

“E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud
olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın
Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey
deyildir.

Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin
suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan
açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu
xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün icma
ilə dialoqa təşviq etməlidir”.

Source link