cecaabcc-74bd-413c-86fb-6fbc8fc1a3f8..jpg

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırdı

Baxış sayı: 807 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın
Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat
verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu
insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla,
Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə
xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi.

“Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi
iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı
zorakılıq yolu ilə total etnik təmizləməyə başlayıb. Ermənistan tərəfinin
başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla
mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu
irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları
qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və
oradan da bütün azərbaycanlıları qovub.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci
ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa
olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını
artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək,
sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən
qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə
qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni
təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi
təəssüf doğurur.

Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan
hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti
olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi
riyakarlıqdır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə
qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və
sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir
və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu
azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına
qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal
danışıqlara başlamağa çağırır”, – qeyd olunub.

Source link