b178cec1-f41e-4086-b93c-ac79d848528b..jpg

Qərbi Azərbaycan İcması: “Ermənistan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməlidir”

Baxış sayı: 460 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması: “Ermənistan soyqırımı cinayətlərinə görə
məsuliyyətini etiraf etməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Ermənistanın və erməni
silahlı qruplaşmalarının azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırımı
aktlarından biri olan 1918-ci il martın 31-də erməni-bolşevik silahlı
qruplarının Bakı şəhərində azərbaycanlıları kütləvi qətliamının tarixi ilə
götürülmüş bu gün bir hüzn günü olmaqla yanaşı, həm də bu cinayətləri
törədənlərin hələ də cəzasız qalmasına dair bəşəriyyətə bir xatırlatmadır”.

Cixisyolu.com xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer
alıb.

Qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı
haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi,
azərbaycanlılara qarşı soyqırımı əsrlər ərazində aparılıb və əsas məqsədi
tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub:

“Azərbaycan xalqına qarşı soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya
zəminində sistemli şəkildə həyata keçirilib və tarixi Azərbaycan torpaqlarının
demək olar ki, bütün hissələrində törədilib. 1905-ci ildən intensivləşməyə və
açıq forma almağa başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə
amansız olub. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə,
Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi
qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan
quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş
azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə
başladılar. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə
nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də
olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və
azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.

1918-ci il martın 31-də Bakıda ifrat millətçi “Daşnaksütyun” partiyasının
silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliamı əvvəlki və sonrakı
dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş
genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.

Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən irqçi siyasətini davam etdirir. Bu
ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri
qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və
terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan,
MonteMelkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi irqçi
ideologiyanı dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və
barışıq naminə zəruri addımları atmağı tələb edirik. Ermənistan oradan qovulmuş
azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait
yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin
Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və
praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət
törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə
dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və
siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer
adları dəyişikliklərini ləğv etməlidir”.

Source link