3adfd691-884f-4fa5-8cae-5ed0ce593fba.webp

Qərbi Azərbaycan İcması Ermənistanın prezidentinə cavab verdi

Baxış sayı: 239 dəfə baxılıb.

Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi
müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən
danışıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda
bildirilib.

Qeyd olunub ki, Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya
təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından
danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından
danışmaması absurddur.

“Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı
etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə
qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli
şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”, – bəyanatda vurğulanıb.

Source link