Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla
bağlı bəyanat yaydı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənilərin “Arte” telekanalındakı fikirləri onların Azərbaycana qarşı etnik
nifrətini sübut edir”.
Cixisyolu.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda
qeyd olunub.
“Fransız-alman “Arte” telekanalının hazırladığı reportajda Qarabağdan olan
ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri
öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb.
Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan
bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir.
Bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının
qəbuledilməz olması barədə verilən bəyanatlar, son illər Ermənistan
müxalifətinin “Türksüz Ermənistan” şüarı altında minlərlə insanın iştirakı ilə
paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya
mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da
gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictmaiyyət kimi sırımağa
çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya
verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası, “Freedom House”, “Amnesty International” niyə bu halları
pisləmir?”, – bəyanatda qeyd olunur.
“Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail
olmaq istəyirsə, onda bu ölkə cəmiyyətində tüğyan edən təhlükəli
Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır”, – bəyanatda əlavə edilib.