Qərbi Azərbaycan İcması: “Parisin Cənubi Qafqaz regionuna soxulması üçün
bəhanə hazırlanır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın
Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları
kəskin şəkildə pisləyir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Bildirilib ki, azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu,
böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək
jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil
edir:
“Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın
silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün
bəhanə hazırlanmasına xidmət edir.
Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri,
qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi
həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ
pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.
Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni
pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı
azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdır”.