Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycan əleyhinə fəaliyyətini
kəskin pisləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini
kəskin şəkildə pisləyib.
Bununla bağlı icma bəyanat yayıb.
Bəyanatda bildirilib ki, beynəlxalq ictimaiyyət təkcə ABŞ Senatından ibarət
deyil:
“Qondarma amerikan müstəsnalığının əsiri olan Ben Kardinə, görəsən, kim
beynəlxalq ictimaiyyət adından danışmaq səlahiyyəti verib?!
Beynəlxalq ictimaiyyət – dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama
Hərəkatına dörd il rəhbərlik edən Azərbaycana etimad edən 120 ölkədir.
Beynəlxalq ictimaiyyət – dünyada ən böyük tədbir hesab olunan COP29-un
Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir”.
Bəyanatda o da diqqətə çatdırılıb ki, səlibçi düşüncəli Ben Kardin insan
hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə yerli
amerikalıların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə,
silahlı zorakılığa qarşı səsini qaldırsın.