Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb.
“Report” xəbər verir ki, bu barədə İcmanın sədri Əziz Ələkbərli “Qərbi
Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq elmi
konfransda çıxışı zamanı məlumat verib.
O bildirib ki, həmin komissiyaya hüquqşünaslar cəlb olunub:
“Onlar Qərbi azərbaycanlıların beynəlxalq hüquqi kontekstdə öz doğma
yurdlarına necə qayıda biləcəkləri barədə araşdırmalar aparacaqlar”.