72da1e3e-3296-477c-bcb8-e9e645ea0598..jpg

Qərbi Azərbaycan İcmasından ABŞ dövlət katibinə CAVAB

Baxış sayı: 519 dəfə baxılıb.

Qərbi Azərbaycan İcmasından ABŞ dövlət katibinə CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə
bağlı hansısa qondarma siyahıya daxil edib. Əvvəla, heç kim ABŞ-yə dünya
ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq
səlahiyyəti verməyib və ABŞ-nin belə bir praktikadan istifadə etməsi yalançı
amerikan müstəsnalığının təzahürüdür”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri
belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”:

“Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini,
qəbristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı,
dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri
ikrah hissi doğurur.

ABŞ-nin ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan,
insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə
sarsıldığı bir vaxtda ABŞ-nin özü kimdən, nədən “narahatdır”, bax, bunu başa
düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən
sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla,
özünün daxili problemləri ilə məşğul olsun.

ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən
Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana
qarşı bir-birinin ardınca düşmən addımlar atır”.

ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu
qətiyyətlə rədd edirik”.

Source link