d1ee6e87-8ad0-4460-9d2f-471d7aea7264..jpg

Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin rəsmi sənədləri kimi yayılıb

Baxış sayı: 586 dəfə baxılıb.

Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin rəsmi sənədləri kimi yayılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan İcmasının 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları
üzrə Ali Komissarı Folker Türkə göndərdiyi məktub BMT-nin rəsmi sənədləri kimi
yayılıb.

Bu barədə İcmadan məlumat verilib.

Qeyd olunub ki, məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə
aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan
hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə
təqdim edilib.

Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş
Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq
əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan
qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi
yayılıb.

İcma xatırladıb ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən
insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma
aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və
ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi
irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş
azərbaycanlıların geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması
istiqamətində səylər göstərməyə çağırılır.

Müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT
orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi
ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirib.

İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə və
ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədi ilə beynəlxalq səylərini
davam etdirəcək.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın
azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına
əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə
müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.

Source link