5fa72a89-67e5-47b5-a1f7-91d82230b2cb..jpg

Qərbi Azərbaycan İcmasının sədri: “Ermənilər bilmirlər ki, tarixi dəyişmək olmur”

Baxış sayı: 880 dəfə baxılıb.

Qərbi Azərbaycan İcmasının sədri: “Ermənilər bilmirlər ki, tarixi dəyişmək
olmur”

“200 il ərzində ermənilər bizim tarixi toponimlərimizi dəyişdirməyə cəhd
ediblər”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri bu gün keçirilən mətbuat konfransında
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, ermənilər bu günə qədər tarixi adları dəyişdirməklə
məşğuldurlar:

“Ermənilər bir yaşayış məntəqəsinin adını bir yox, bir neçə dəfə
dəyişdiriblər. Bu proses hələ də davam edir. Lakin onlar bilmirlər ki, tarixi
dəyişmək olmur. O dövrə aid olan sənədlər bizim əlimizdədir. Təkcə yaşayış
yerlərinin deyil, çay, su hövzələrinin, hətta abidələrin adları dəyişdirilib.
Arxiv sənədlərə əsaslanaraq tarixi toponimlərimizi bərpa edəcəyik”.

Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə
tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər keçirilib,
müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın
hazırlanması ilə bağlı elan olunmuş elektron poçtuna çoxlu sayda təkliflər
daxil olub, bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək
ümumiləşdirilib, sonra isə sənədin layihəsi hazırlanıb.

Könül Cəfərli

Source link