a88ff4ff-271f-4c4b-bbe7-1aa02a21b43a.jpg

Qərbi Azərbaycan Xronikası: “Albaniya konfederasiyasını quran və əsasını təşkil edən türklərdir”

Baxış sayı: 256 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə
fərqlənən türk tayfalarıdır” adlı buraxılışda tarix elmləri doktoru, professor
Təvəkkül Səlimov Albaniyaya daxil olan tayfaların məişətindən və mədəni
irsindən söz açıb.

O bildirib ki, azərbaycanlıların əsas etnik tərkibini Oğuz boyları təşkil edir
və türk soylarının eradan əvvəl Qafqaz ərazisində mövcudluğunu sübut edən çox
sayda faktlar var.

Onun sözlərinə görə, Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə
fərqlənən türk tayfalarıdır: “Albaniya konfederasiyasını quran və əsasını
təşkil edən məhz türklər olub. Amazonkaların yaşam tərzi protürklərin ənənəsi
ilə eynidir. Türkanda tapılan heykəl Amazonkaların yaşadığı ərazini və türk
olduğunu sübut edir. Albaniyanın ikinci paytaxtı Bərdənin adı Amazonkalarla
bağlıdır”.

Tarixçi alim Qərbi Azərbaycan toponimlərinin 70%-dən çoxunun türk dilində
olduğunu da deyib.

T.Səlimov vurğulayıb ki, azərbaycanlılar köçəri yox, yarımköçəri olublar və
yaratdıqları mədəni irs bu yaşam tərzi ilə bağlıdır: “Azərbaycanlıların
yaratdığı mədəni irs onların yarımköçəri yaşamı ilə bağlıdır. “Kitabi Dədə
Qorqud”da adı çəkilən mərasim yeməkləri türk mətbəx mədəniyyətinin qədimliyini
sübut edir”.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və
kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği
kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və
söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “Albaniya konfederasiyasını
quran və əsasını təşkil edən türklərdir”
Qərbi Azərbaycan Xronikası: “Albaniya konfederasiyasını quran və əsasını
təşkil edən türklərdir”

Source link