e4d4e66c-71be-4867-b02f-291fd343b772..jpg

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam – VİDEO

Baxış sayı: 530 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli
qalan məqam – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, süjetdə Qazaxın dörd kəndinin Azərbaycana
qaytarılmasından, sərhədin delimitasiyası üzrə hər iki tərəfdən qurulan
komissiyaların bu il aprelin 19-da iclasında əldə olunan razılaşmanın həm
region, həm də Azərbaycan üçün mühüm hadisə olmasından bəhs edilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan məsələni ikitərəfli formatda həyata
keçirilən təmaslarla həll etdi: “Bu, bir daha sübut edir ki, Bakı-İrəvan
xəttində problemlərin həlli üçün üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac
yoxdur, əksinə belə müdaxilələr əlavə problemlər yaradır. Uzunmüddətli
düşmənçiliyə baxmayaraq, iki ölkə “dil tapa” bilər və bu, qarşıda gözlənilən
böyük sülh sazişinin də yalnız ikitərəfli formatda bağlanmasının mümkünlüyünü
ön plana çıxarır. Burada ən mühüm məqam Qərbi Azərbaycandan deportasiya olunmuş
soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır”.

Qeyd olunub ki, bütün bunlar Prezident İlham Əliyevin memarı olduğu böyük
zəfərin komponentləridir və bu qələbənin müəllifi olan lider Qərbi Azərbaycana
tanklar üzərində yox, maşınlarla, sülh içində qayıdacağımızı elan edib: “Son
dörd ildə yaşadığımız böyük tarix əminlik yaradır ki, öz doğma yurdundan
qovulmuş soydaşlarımız verdiyi sözlərə əməl edən və bütün hədəflərə nail olan
Prezident İlham Əliyevin liderliyi altında Qərbi Azərbaycana ləyaqətlə, qürurla
qayıdacaq”.

Sonda vurğulanıb ki, dörd kəndin qaytarılması ilə bağlı Azərbaycan və
Ermənistan arasındakı razılaşmanın detalları bunu bir daha təsdiq edir:
“Sərhədin digər hissələrinin də delimitasiyası prosesində 1991-ci il Alma-Ata
bəyannaməsinə istinad edilməlidir. Beləliklə, Azərbaycan sülh sazişinə Qərbi
Azərbaycan məsələsini, soydaşlarımızın öz evlərinə qayıdışını daxil edəcək. Hər
şey böyük qayıdışa hesablanıb və torpaqlarımızı hissə-hissə azad edən Prezident
İlham Əliyev Azərbaycanı bu hədəfə doğru addım-addım yaxınlaşdırır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link