a4091968-7b90-4c54-9876-066012669a77.jpg

Qərbi Azərbaycan Xronikası: Azərbaycana qarşı “COP29” planı: Bakıya hücumlar haradan edilir?

Baxış sayı: 190 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

“Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara görədir”
adlı süjetdə rəsmi Bakının qlobal iqlim problemlərinin müzakirə edildiyi COP29
tədbirinə hazırlaşdığı vaxt Azərbaycana qarşı beynəlxalq müstəvidə qarayaxma
kampaniyasının intensivləşməsindən bəhs olunub.

Bildirilib ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi vaxt
bəlli qüvvələr bunu siyasiləşdirərək, anti-kampaniya xarakterli hücumlar edir:
“Bu 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə
keçirilən Avropa Oyunları, eləcə də digər tədbirlər zamanı da olub. Eyni
taktika yenidən işə salınıb. COP29-un mahiyyəti iqlim problemləri olsa da, bir
sıra Avropa strukturlarında Azərbaycanla bağlı siyasi müzakirələr aparılır və
bütün məsələləri məhz iqlim tədbirinə calamağa çalışırlar. Məqsəd Azərbaycana
köklənmiş beynəlxalq diqqətdən istifadə edərək, rəsmi Bakıya təzyiq etmək və öz
planlarını həyata keçirməkdir. Bu qüvvələr anti-Azərbaycan qüvvələri, eləcə də
erməni diasporu və lobbisidir”.

Qeyd olunub ki, Azərbaycana qarşı uydurma iddialar konkret hədəflərə
hesablanıb: “Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara
görədir. Görünür, beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan
anti-kampaniya ilə rəsmi Bakını İrəvan qarşısında təslim olmağa məcbur etməyi
planlaşdırırlar. Bu baxımdan, COP29 tədbiri zamanı, hətta tədbirdən sonra da
Azərbaycana qarşı siyasi və informasiya müstəvisində təxribat hücumlarının
davam edəcəyi gözləniləndir”.

Sonda vurğulanıb ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək və rəsmi
Bakının milli maraqlara uyğun siyasəti dəyişməyəcək: “Bunu ən yüksək səviyyədə
verilən bəyanatlar da təsdiq edir. Ermənilər və havadarları nə qədər çalışsa
da, separatçılar öz cinayətlərinin cəzasını çəkəcək və Bakı İrəvanın qarşısına
qoyduğu tələblərdən imtina etməyəcək. Azərbaycanlılar Qərbi Azərbaycana
qayıdacaq, separatçılar isə törətdikləri cinayətlərin cəzasını çəkəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: Azərbaycana qarşı “COP29”
planı: Bakıya hücumlar haradan edilir?
Qərbi Azərbaycan Xronikası: Azərbaycana qarşı “COP29” planı: Bakıya hücumlar
haradan edilir?

Source link