8c657e8c-f859-4de4-9721-3b1f9e579ca6..jpg

Qərbi Azərbaycan Xronikası: Dədə Qorqudun ad verdiyi kəndin adətləri – VİDEO

Baxış sayı: 651 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Dədə Qorqudun ad verdiyi kəndin adətləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər rayonunun
Babacan kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Babacan kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi,
iqtisadi, mədəni həyatı, Novruz adət-ənənələri, saz-söz yaradıcılığı və aşıq
sənətindən geniş söhbət açılıb.

Bildirilib ki, İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа tаm аdı Bаbаcаn
dərəsi, 1728-ci ilə аid mənbədə isə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd
оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnıb. Dərə mülkədаr Bаbаcаnа аid оlub.
Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılıb.

Qeyd olunub ki, qədim Babacan əhalisi taun və ya hansısa epidemiya ilə
əlaqədar kəndi tərk edərək təxminən Kür qırağı ərazisinə köçüblər. Ehtimala
görə, epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər
sonra kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu
ailələr Töstü və Şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış
məskəninə çevrilib. Təsadüfi deyil ki, indi də şişqayalılar arasında həm Töstü
həm də Şəbəndə nəslindən olanlar var.

Diqqətə çatdırılıb ki, kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 42 km məsаfədə
yerləşir və bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə
dağlarla əhatə olunub. 1991-ci ildə isə kəndin adını ermənilər dəyişdirərək
Tsаrаtаğ qoyublar. Babacan kəndi Göyçə gölünün ətrafındakı ərazidə yerləşir.
Kəndlə gölün arası təxminən 800-1000 metrdir. Babacan kəndi bir tərəfdən isə
dağlarla əhatə olunub.

Sonda kəndin adının həm də Qızılkənd adlandırılmasına, bu oğuz yurdunda aşıq
sənətinin bu gündə yaşadılmasının səbəblərinə və digər məsələlərə aydınlıq
gətirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.


Source link