5f92ac86-dceb-4fd7-a581-3bf458cb58a0.jpg

Qərbi Azərbaycan Xronikası: “Dərələyəzdə olan yəhudi məzarlığı Xəzər tayfalarına aiddir”

Baxış sayı: 118 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəyli tərəfindən təqdim edilən “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Zəngəzurdakı kilsələrin üzərində türk şəxs adları
yazılıb” adlı buraxılışda artefakt araşdırmaçısı Sabit Qurbanov Zəngəzur və
Dərələyəz mahalında mövcud olan damğalardan bəhs edir.

Onun sözlərinə görə, türk tayfalarının damğaları bütün Qafqaz boyunca yayılıb.
Krımdan Türküstana qədər tapılan damğalar Xəzərlərə məxsusdur. Aşkar edilən
damğalar Oğuz boylarının simvollarıdır. Azərbaycan ərazisində damğalar
türklərin Xəzər, Qıpçaq və Oğuz qollarına aiddir. Qobustandakı damğaların
eynisi Qazaxıstanın Mangistau vilayətində də mövcuddur. Qobustandakı damğalar
arasında Noqay işarələri də var.

S. Qurbanov sonda bildirib ki, Dərələyəz mahalında olan Səlim karvansarasının
üzərində Salur damğasının yazılmasına, bu ərazidə olan yəhudi məzarlığının
Xəzər tayfalarına aid olmasına və Zəngəzur mahalındakı kilsələrin üzərində türk
şəxs adlarının yazılmasına aydınlıq gətirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “Dərələyəzdə olan yəhudi
məzarlığı Xəzər tayfalarına aiddir”
Qərbi Azərbaycan Xronikası: “Dərələyəzdə olan yəhudi məzarlığı Xəzər
tayfalarına aiddir”

Source link