1d189118-9cea-4690-9110-6ccef85a1ee3.jpg

Qərbi Azərbaycan Xronikası: “Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya köçüblər”

Baxış sayı: 254 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Qafqazda olan türk damğaları Altayda tapılanlardan
1400 il qədimdir” adlı buraxılışda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
aparıcı məsləhətçisi Araz Qurbanov Azərbaycan ərazisində olan damğalar, rəmzlər
və onların türk mənşəli olmasından söz açıb.

Onun sözlərinə görə, Azərbaycanda rast gəlinən damğalar ortaq türk irsinin
nümunələridir: “Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya köçüblər.
Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir. Türklərdə
damğa dövlətçilik rəmzi kimi çıxış edirdi. Arsak damğaları onların türk
olduğunu sübut edir. Dərbənd qalasının üzərindəki damğalar onu tikən türk
tayfalarının işarəsidir”.

O deyib ki, türk damğaları Tanrıçılıq inancları ilə bağlıdır: “Alban məbədləri
beşguşəli bünövrə ilə səlcuq üslubunda tikilib. Türk boylarının tarixi onların
damğalarındadır”.

A.Qurbanov sonda Xudavəng monastırındakı Həsən Cəlaləddövlənin möhürünün
mənasından.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “Damğalar sübut edir ki,
türklər Qafqazdan Altaya köçüblər”
Qərbi Azərbaycan Xronikası: “Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya
köçüblər”

Source link