59efc9ad-940e-4ca1-ac5d-d32861c08b87..jpg

Qərbi Azərbaycan Xronikası: “Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” – VİDEO

Baxış sayı: 595 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Erməni alimlər öz tapıntıları ilə erməni yalanını
ifşa etdilər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Rus akademikin erməni arvadına görə
törətdiyi tarixi cinayət” adlı süjet hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, verilişdə İrəvan şəhərinin geniş tarixindən bəhs
olunur, bu qədim türk şəhərini ermənilərin necə “özününküləşdirməsi”ndən və
erməni tarixçilərin İrəvanla bağlı etiraflarından bəhs olunur.

Bildirilib ki, XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının
mərkəzi və indi Ermənistan adlanan dövlətin paytaxtı olub. Bu şəhər 1441-ci
ildən, Cahan şah dövründə Qaraqoyunlu əmirləri buranı zəbt etdikdən sonra
məşhurlaşıb. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər
tərəfindən zəbt olunub. Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan
şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və
farslar tərəfindən 33 xan idarə edib. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən
İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirilib”.

Qeyd olunub ki, yalnız ilk dəfə 1918-ci ildən İrəvan erməni şəhəri kimi
rəsmiləşib: “1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti
hökumətinin İrəvanı ermənilərə güzəştə getməsi ilə bu şəhərin yeni erməni
tarixi uydurulmağa başladı. Tezliklə şəhərin əski simasını dəyişdirən ermənilər
nağılçıların köməyi ilə yeni saxta tarix uydurdular. Bu saxta tarixi hər daş,
hər tapıntı ifşa edir. İrəvanın tarixi və araşdırması ilə məşğul olan erməni
alimlər də öz tapıntıları ilə erməni yalanını ifşa edirlər”.

Sonda vurğulanıb ki, erməni tarixçi və ictimai xadimlər yalan nağılları ilə
İrəvanın həqiqi tarixini əks etdirən bir neçə epizodu göstərməklə orta əsrlərdə
tanınmış salnaməçilərin təsdiq etdiyi bəzi həqiqətləri sübut edirlər: “İrəvan
qədim Azərbaycan şəhəridir. Azərbaycanın digər şəhərlərindən seçilməyən
İrəvanın memarlığı və tarixi orada yaşayan azərbaycanlıların ictimai fikir,
mədəniyyət və sənətkarlıq baxımından xeyli inkişaf etdiyini göstərir.
Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixində iz buraxan İrəvan
azərbaycanlılarının adları şəhərin inkişaf dərəcəsini əyani şəkildə göstərir.
İrəvan ticarət, sənətkarlıq, din, elm, təhsil və mədəniyyət mərkəzi idi.
Ermənilər təkcə ərazini deyil, həm də bütöv Azərbaycan mədəniyyətinin bir
parçasını ələ keçirdilər. Lakin ərazini almaqla, tikililəri dağıtmaqla yaddaşda
yaşayan mədəni irsi silmək mümkün deyil. Azərbaycan tarixində və mədəniyyətində
böyük İrəvan izi yaşayır və qorunur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link