afef5863-19ea-4fc2-9603-b2ea4e2ed8c0..jpg

Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər – VİDEO

Baxış sayı: 754 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək
istəyirlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Erməni qızlar haylara yox, türklərə ərə getmək
istəyirlər” adlı buraxılışda əslən Şörəyel mahalının, Amasiya rayonunun
Oxçuoğlu kəndindən olan araşdırmaçı Muxtar Oxçuoğlu ermənilər ilə hayların əsas
fərqini üzə çıxarır.

O, saqların adlarını və tarixini hayların necə mənimsəməsinə, Saq və
Qamərlərin məskunlaşdığı, qıpçaq və oğuzların birgə yaşadığı Qərbi Azərbaycanda
saqların adını yaşadan yer adlarına, eləcə də hayların xristian-türk və erməni,
subar irsini necə oğurlamasına aydınlıq gətirir.

Araşdırmaçı həmçinin Ermənistanda parçalanma getdiyini, haylar, yamlar,
boşalar və ermənilər arasında gizli münaqişə baş verdiyini, xristian-qıpçaqlara
aid qədim kilsələrin dağıdıldığını bildirir.

M.Oxçuoğlu sonda Ermənistanda saq və qıpçaq irsinə qarşı törədilən
vandalizmdən, Şirak, Talin, Ani, Ağin adlarının türklərlə bağlılığından söz
açır, hayların hind mənşəli, ermənilərin isə türk tayfası olduğunu və buna görə
də, erməni qızların hayları vəhşi sayaraq həmişə türkə ərə getmək istədiklərini
vurğulayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link