0c8d0883-20dd-49eb-b039-a6bf0e902ae4..jpg

Qərbi Azərbaycan Xronikası: Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldular – VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə
səbəb oldular – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Fəxriyyə Lilparın müəllifi olduğu verilişin növbəti buraxılışı efirə gedib.

Cixisyolu.com xəbər verir ki, “Evi əlindən alınan, hədə-qorxu ilə köçməyə məcbur
edilən baş redaktor” adlı verilişdə əslən İrəvanın Amasiya rayonu, Düzkənd
kəndindən olan Cahangir Əliyevdən bəhs olunur.

Bildirilib ki, parlaq ictimai xadim kimi tanınan C.Əliyev Amasiya Rayon
Partiya Komitəsinin I katibi, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru,
Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan KP MK-nın
üzvü, Ermənistan SSR Ali Sovetinin deputatı kimi fəaliyyəti ilə İrəvanda
misilsiz xidmətlər göstərib.

Diqqətə çatdırılıb ki, o, İrəvanda ermənilərin azərbaycanlılara qarşı
məqsədli, qərəzli münasibətinə hər zaman kəskin münasibət bildirib,
azərbaycanlıların sosial durumunun inkişafı üçün əlindən gələni edib: “Təbii
ki, bu da yerli iqtidarı qane etməyib və erməni rəhbərliyi onu müxtəlif
üsullarla sıxışdıraraq İrəvandan məcburi köçməsinə nail olublar. Bunu çox çətin
yaşayan Cahangir Əliyev ömrünün son gününədək Azərbaycan və onun tarixi üçün
əlindən gələni edib”.

Sonda şahidlər Cahangir Əliyevin fəaliyyətindən söz açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:


Source link