Qərbi Azərbaycan Xronikası: “Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq
nişanələrini necə mənimsəyiblər?” -VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda” adlı
buraxılışda əslən Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndindən olan
araşdırmaçı Niftalı Göyçəli qıpçaq yazısının ermənilər tərəfindən necə
mənimsənildiyini üzə çıxarır.
O, Qərbi Azərbaycanda şumer mədəniyyətinin izləri, “Bilqamıs” dastanı ilə
“Dədə Qorqud” dastanı arasında paralellər, şumer və urartu olan türk izləri,
eyni zamanda, yer və şəxs adlarının türk dilində olması ilə bağlı tarixi
faktlar açıqlayır.
Araşdırmaçı həmçinin tapılan qayaüstü rəsmlər, eləcə də xristianlığa qədərki
abidələrdə göytürk yazısı haqqında danışır.
N.Göyçəli sonda Qərbi Azərbaycanda alban irsi, xristian-qıpçaq mədəniyyəti,
kilsələr və digər abidələr barədə maraqlı məqamlara toxunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: