Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti
veriliş efirə gedib.
Veriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.
Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:
“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub.
1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.
Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:
“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət
Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.
Daha ətraflı süjetdə: