Qərbi Azərbaycan Xronikası: “Haylar anaları, bacıları ilə evlənirdilər, sonra
buna qadağa qoyuldu” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Urartu kitabələrində hansı dildə və
nələr yazılıb?” adlı veriliş efirə gedib.
Verilişdə tarixçi alim Ramin Əlizadə ermənilərin uydurma yollarla sahib
çıxmağa və erməniləşdirməyə çalışdıqları Urartu dövlətindən söz açıb.
Bildirilib ki, urartuluların mənşəyi və tarixi coğrafiyası ilə bağlı erməni
iddiası yalan və uydurmadan başqa bir şey deyil: “Ermənilər ilə urartulular
bir-birinə zidd tayfalardır. Dünya alimlərinin də təsdiq etdiyi kimi, Urartunun
ermənilərlə heç bir əlaqəsi yoxdur. Urartu yazıları və dilləri ermənilərə yox,
Şimali Qafqaz dillərinə aiddir. Bununla bağlı kifayət qədər sübutlar mövcuddur”.
Tarixçinin sözlərinə görə, hay tayfaları mağaralarda yaşayıb, ana və bacıları
ilə evlənirdilər. Sonra buna qadağa qoyulub. Ermənilərin böyük Erebuni
adlandırdıqları qala, əslində İrpuni məbədidir və bunun ermənilərlə heç bir
əlaqəsi yoxdur.
Süjetdə qeyd olunub ki, erməni antropoloqlarının etiraflarından, indiki
ermənilərin Qərbi Azərbaycanın qədim xalqı olmadığından, dünya alimlərinin son
araşdırmalarında ermənilərin Urartu yalanının üstünün açılmasından və ifşa
olunmasından, Urartu daşı kimi təqdim olunan yazının ermənilər tərəfindən 50 il
əvvəl saxta yazılmasından bəhs olunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: