664e5f0f-ff43-48fa-84ce-af63f5158a77.jpg

Qərbi Azərbaycan Xronikası: “Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik”

Baxış sayı: 161 dəfə baxılıb.

<>Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində
jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin
növbəti buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Ermənilər üzümüzə gülürdülər, amma daxildə bizə nifrət
bəsləyirdilər” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kənd
sakini Zəkiyyə Kərimovanın həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə Göyçə mahalının füsunkar guşəsi olan Ardanış kəndində dünyaya
göz açdığını, kənd məktəbinin ən seçilən şagirdlərindən olduğunu, atasının uzun
illər məktəb direktoru və kolxoz sədri işlədiyini deyib: “Biz 5 uşaq – 2 bacı,
3 qardaş böyümüşük. Atam bizim təhsilimizə xüsusi diqqət yetirirdi. O, Bakı Ali
Partiya Məktəbində oxuyarkən bizə həmişə məktub yazardı ki, “Bulaq” verilişinə
qulaq asaq. Çünki oradan mənəvi qida alırdıq”.

Ardanış kəndinin gözəl təbiəti, bulaqları və məhəllələri haqqında danışan
Z.Kərimova xüsusilə Nazlı bulağına olan sevgisini dilə gətirib: “Nazlı bulağa
getmək üçün ürəyim gedərdi. <>Şirin bulaq, Dərin bulaq var idi. Kəndin dörd
əsas məhəlləsi – Aşağı məhəllə, Çal məhəlləsi, Çəlvəri məhəlləsi və Çənə
məhəlləsi var idi. Ardanışın hər fəsli gözəl idi. Payız məhsul yığımı vaxtı
olduğundan hamı zəhmətə qatlaşardı. Qış aylarında isə məktəbin həyətində
uşaqlarla sürüşərdik, dünyanın ən xoşbəxt günlərini yaşayardıq. Yazda-yayda isə
Göyçəyə hər yerdən qonaqlar gələrdi. Hamımız dəniz qırağına üz tutardıq.
Sentyabrda isə Böyük meşəyə gedib nərgiz gülləri yığmaq ən böyük sevincimiz
idi”.

Onun sözlərinə görə, bu xoşbəxtlik uzun sürməyib və 1988-ci ildə erməni
təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən ailəsi Bakıya pənah
gətirib: “Nəhayət, erməni vandalizmi başını qaldırdı. Aşıqlarımızı, el
ağsaqqallarımızı vəhşicəsinə qətlə yetirdilər. Qoca nənəm həmişə deyərdi ki,
ermənilərə etibar etməyin, onların içində bizə nifrət var. 1988-in soyuq qış
günündə minlərlə soydaşımız kimi biz də doğma yurdu tərk etməli olduq, Bakıya
pənah gətirdik. O illərdə çox əziyyətlər çəkdik. Qaçqınlıq ağır dərddir. Amma
ümidimizi itirmədik”.

Ardanış sakini Z.Kərimova Vətən həsrətinin çox ağır məfhum olduğunu söyləyib:
“Burada nə qədər xoş gündə yaşasan da, Vətən həsrəti səndən əl çəkmir. 1998-də
ulu öndər Heydər Əliyevin dediyi kimi, yaralarımızı zaman sağaldacaq. Mən
inanıram ki, Prezidentİlham Əliyevin rəhbərliyi altında biz mütləq doğma
yurdumuza – Göyçəmizə, Zəngəzurumuza qayıdacağıq. Göyçənin suyunu, havasını,
torpağını yenidən duymaq ən böyük arzumdur. İnşallah, bu arzu tezliklə gerçək
olacaq və biz Göyçəmizə gedəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz
minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni
zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: “Heç vaxt azərbaycanlı
qızları erməniyə ərə verməmişik”
Qərbi Azərbaycan Xronikası: “Heç vaxt azərbaycanlı qızları erməniyə ərə
verməmişik”

Source link