4abb7b96-d1f4-4cfa-921f-7ed33678b468..jpg

Qərbi Azərbaycan Xronikası: Naxışlarla qədimdən müasir dövrümüzə ötürülən məktublar – VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Naxışlarla qədimdən müasir dövrümüzə ötürülən
məktublar – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı növbəti
veriliş efirə gedib.

Veriliş Qaraqoyunlu mahalının Haqqıxlı kəndinin sənətkarlıq nümunələrinə həsr
olunub.

Ekran işində qədim mədəniyyəti olan Qaraqoyunlu mahalından, o cümlədən
Haqqıxlı kəndinin tarixindən danışılıb.

Ekran işində Haqqıxlı kəndinin xalçaları haqqında da məlumat verilib. Qeyd
olunub ki, bu tarixi yaşayış məntəqəmizin sakinləri Haqqıxlı xalçaçılıq
məntəqəsi kimi öz dəsti-xətlərini yarada biliblər.

Verilişdə qədim inancların, Haqqıxlı xalçasının üstündəki qurd ağzının əsl
mənasından, qurdun çənəsini suda saxlayıb, o suyu içmək adətindən, üzərində
Tenqriçilik rəmzləri olan xalçalardan, naxışlarla qədimdən müasir dövrümüzə
ötürülən məktublardan, xalça üzərində Göytürk yazısının oxunuşundan geniş
söhbət açılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link