2b7648a1-7468-4de7-9cad-76a019f6c06e.jpg

Qərbi Azərbaycan Xronikası: “Qarabağda tarixi abidələri talan edib, qiymətli əşyaları satıblar”

Baxış sayı: 223 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Qırğızıstanda böyük Alban izi” adlı
veriliş efirə gedib.

Verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev işğal dövründə
ermənilərin Qarabağ ərazisində apardıqları saxta qazıntılardan, eləcə də
Qırğızıstanda Alban izlərindən bəhs edib.

O bildirib ki, işğal dövründə ermənilər Qarabağda bir neçə məntəqədə ardıcıl,
uzun sürən qazıntılar aparıblar:

“Ermənilər Şahbulaq ərazisində 10 kilometrlik səngərlər qazıblar. Onlar
Qarabağda tarixi abidələri talan edib, tapılan qiymətli əşyaları satıblar.
Ağdərə ərazisində abidələri talan ediblər. Azərbaycandan tapılan maddi
mədəniyyət nümunələrini dünya bazarlarında satırlar”.

Tarixçi erməni saxtakarlığından söz açaraq vurğulayıb ki, ermənilər antik
Alban qalasına od vurub, yandırıblar:

“Neftlə zəngin olan Tərnöyüt kəndinin adını Tiqranakert, Qaçaq qalasını
Kaçaxabert kimi təqdim edirlər”.

Onun sözlərinə görə, Küp qəbirləri haqqında Noneşvili adlı bir gürcü müəllif
yazır ki, Azərbaycanda olan küp qəbirlərin sayı Ermənistan və Gürcüstanda
olanlardan bir neçə dəfə çoxdur və küp qəbirlərin əsas məkanı məhz Azərbaycan
ərazisi olub.

T.Əliyev sonda Qırğızıstanda böyük Alban izinin olmasından danışıb, türklərin
Qafqaz ərazisində hökmranlığının eradan daha əvvələ getdiyini sübutlarla
əsaslandırıb:

“Eradan əvvəl, II, III əsrdən başlamış, Alban dövlətində mövcud olmuş
etnomədəni xüsusiyyətlər bugünkü Azərbaycanda da yaşadılır. Albaniyada yaşayan
tayfalar, xalqlar bu gün Azərbaycanda yaşayırlar. Albaniya, Azərbaycan deyəndə,
bu, hamı üçün eyni, müştərək bir tarixdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “Qarabağda tarixi abidələri
talan edib, qiymətli əşyaları satıblar”
Qərbi Azərbaycan Xronikası: “Qarabağda tarixi abidələri talan edib, qiymətli
əşyaları satıblar”

Source link