853d792e-7cd9-447e-b70c-1de38a8c1fad..jpg

Qərbi Azərbaycan Xronikası: Sahibinin ruzisini artıran Qursalı xalçası – FOTO/VİDEO

Baxış sayı: 467 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Sahibinin ruzisini artıran Qursalı xalçası –
FOTO/VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı növbəti
veriliş efirə gedib.

Veriliş Pəmbək mahalının Qursalı kəndinin sənətkarlıq nümunələrinə həsr olunub.

Ekran işində qədim mədəniyyəti olan Pəmbək mahalından, o cümlədən Qursalı
kəndinin tarixindən danışılıb.

Ekran işində Qursalı kəndinin xalçaları haqqında da məlumat verilib. Qeyd
olunub ki, bu tarixi yaşayış məntəqəmizin sakinləri Qursalı xalçaçılıq
məntəqəsi kimi öz dəsti-xətlərini yarada biliblər.

Verilişdə qədim inancların, Şaman ayinlərinin işarələri olan, fəlakət gətirən,
sahibinin ruzi-bərəkətini artıran, döşəndiyi evi uğurlu edən və sair
xalçalardan geniş söhbət açılıb.

Qeyd edək ki, veriliş sentyabrın 10-da, saat 19:30-da “Baku TV”nin efirində və
yutub kanalında yayımlanıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:


Source link