89b56af0-13a9-4e7f-82d5-77b1569f82b2..jpg

Qərbi Azərbaycan Xronikası: Sulaşmaq, öpüş-öpüş, sirli yelləncək mərasimi – VİDEO

Baxış sayı: 617 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Sulaşmaq, öpüş-öpüş, sirli yelləncək mərasimi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Pəmbək – qədim türk irsini yaşadan oba” adlı bugünkü
buraxılış Göyçə mahalının, Basarkeçər (Krasnoselo) rayonunun Pəmbək kəndinin
Novruz bayramı ənənələrinə həsr olunub.

Bildirilir ki, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə
bağlıdır. Bu bayram Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Pəmbək
kəndində də xüsusi statusu olan, sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi
və qeyd etdiyi bayram olub.

Sonda Pəmbək sakinlərinin Novruzun tarixi, ənənələrinin qorunub saxlanılması
ilə bağlı söhbətləri, Bahar bayramını yaşadan maraqlı oyunlar və milli
musiqilər nümayiş olunur.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və
kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği
kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və
söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.


Source link