2dfb85bc-5c43-4551-8741-ec3eb68c54c0..jpg

Qərbi Azərbaycan Xronikası: Yüksək vəzifəli məmurun qardaşının ölüm müəmması – VİDEO

Baxış sayı: 533 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Yüksək vəzifəli məmurun qardaşının ölüm müəmması –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində aparıcı Fəxriyyə
Lilparın müəllifi olduğu növbəti veriliş efirə gedib.

Cixisyolu.com xəbər verir ki, veriliş Azərbaycan dövlət xadimi, Qərbi Azərbaycandan
olan ziyalı Həbib Həsənova həsr olunub.

Bildirilir ki, H.Həsənov 1922-ci il avqustun 5-də Qərbi Azərbaycanın Yeni
Bəyazid qəzasının Ağzıbir kəndində anadan olub.

O, Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi,
Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR-nin
Əməkdar jurnalisti olub.

H.Həsənovun qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun
Filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən
öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşıb və elə Bakıda da
dünyasını dəyişib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link