Qərbi Azərbaycana qayıdış: Mümkün ssenarilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Azərbaycan Ermənistanın “denatsifikasiyasını” həyata
keçirəcək” adlı süjetdə son günlər Ermənistanda Azərbaycanda fevralın 7-də
keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının Qərbi Azərbaycana qayıdış
məsələsini İrəvanın qarşısında əsas tələb kimi qaldıracağının ciddi müzakirə
olunduğu bildirilir.
Qeyd olunub ki, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkisi
erməniləri təşvişə salıb: “Onlar iddia edirlər ki, prezident seçkisinin
növbədənkənar keçirilməsinin məqsədi yeni dövrə güclü şəkildə getmək və əsas
diqqəti Qərbi Azərbaycana qayıdış strategiyasına yönəltməkdir. Bu il ABŞ və
Rusiyada da prezident seçkisinin keçirilməsi bu ölkələrin diqqətini daxili
məsələlərə yönəldə və Azərbaycanın hədəfinə çatmasının önü açıla bilər”.
Süjetdə erməni analitiklər Gevorq Brutens, Vardan Poqosyan, politoloqlar
Tiqran Qriqoryan və Suren Zolyanın fikirlərinə yer verilir: “Azərbaycan
Prezidentiİlham Əliyev seçkidən öncə yerli telekanallara verdiyi müsahibədə
əslində seçkidən sonra atılacaq addımların anonsunu verdi. Burada əsas
hədəflərdən biri Zəngəzur dəhlizidir. Azərbaycan AXC xəritələrinə və əsrin
əvvəlində 100 min kvadratkilometr olan ərazilərinə iddia edir. Cari dövrdə əsas
hədəf isə 8 kəndin qaytarılmasıdır. Ermənistanda yeni Konstitusiyanın qəbul
edilməsi tapşırığını da Prezident İlham Əliyev verib. Çünki mövcud Konstitusiya
Azərbaycan və Türkiyənin maraqlarına uyğun deyil.
Mümkündür ki, Konstitusiya ilə yanaşı, Ermənistanın müstəqillik bəyannaməsi də
yenidən qəbul edilsin. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan Ermənistanda
“denazifikasiyasını” həyata keçirəcək. Bu, erməni nasizminin və revanşizminin
tamamilə ləğv edilməsi deməkdir. Azərbaycan bununla kifayətlənməyəcək və Qərbi
Azərbaycan məsələsini əsas tələb kimi irəli sürəcək. Ermənistanın Suriya
ssenarisi ilə üzləşə biləcəyi də proqnozlaşdırılır. Ehtimal edilir ki,
Azərbaycan və Türkiyə bir hissəsinə, Rusiya bir hissəsinə, İran da bir
hissəsinə nəzarət edə bilər”.
Sonda vurğulanıb ki, hər şeyi zaman göstərəcək: “Lakin Azərbaycanda
keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının əsas porioritetinin haqlı
tələbləri çərçivəsində Ermənistanla sülh sazişi imzalamaq olacağı gözləntisi
böyükdür. Təbii ki, bu tələblərdə Qərbi Azərbaycana qayıdış məsələsi də
“qırmızı xətt” olaraq keçir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: